“Aşk-ı Memnu”nun “Arsen xala”sı vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Aşk-ı Memnu”nun “Arsen xala”sı vəfat etdi

First News Media09:35 - Bu gün
“Aşk-ı Memnu”nun “Arsen xala”sı vəfat etdi

“Aşk-ı Memnu” serialında Arsen xala obrazı ilə geniş tamaşaçı kütləsinə tanınan tanınmış aktrisa Gülsen Tuncer 81 yaşında vəfat edib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir beyin xərçəngindən müalicə alan aktrisa həyatını itirib.

Gülsen Tuncerin vəfatı ailəsi ilə yanaşı, həmkarlarını və sənətsevərləri də kədərləndirib.

Qeyd edək ki, 20 oktyabr 1945-ci ildə Adanada dünyaya gəlib. 81 yaşında vəfat edən Tuncer bir çox film, serial və teatr tamaşasında rol alıb. İlk peşəkar səhnə fəaliyyətinə 1968-ci ildə Haldun Tanerin klassik əsəri, baş rolda Gülriz Sururinin çıxış etdiyi “Zilli Zarife” tamaşası ilə başlayıb. Tuncer 50 ildən artıq müddətdə sənət fəaliyyətini davam etdirib.

Paylaş:
128

Son xəbərlər

Lerikdə zəlzələ olub

17 / 09 / 2026, 16:20
Bütün xəbərlər