Aras Bulut İynemli və daha 15 məşhur narkotik əməliyyatında saxlanılıb
Türkiyədə aralarında aktyorlar Aras Bulut İynemli, Melis Sezen, keçmiş futbolçu Hasan Şaş və reper Sefo da olmaqla 18 şübhəli barəsində saxlanılma qərarı verilib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul İl Jandarma Komandanlığının əməkdaşları Bakırköy Baş Prokurorluğunun apardığı narkotik araşdırması çərçivəsində cümə günü səhər saatlarında çoxsaylı ünvanda eyni vaxtda əməliyyat keçirib.
18 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 16-nın saxlanıldığı, 2 nəfərin isə hələlik tapılmadığı bildirilir.
Saxlanılanlar arasında aktyor Aras Bulut İynemli, Melis Sezen, keçmiş futbolçu Hasan Şaş və reper Seyfullah Sağır (Sefo) da var.
Saxlanılma qərarı verilən şəxslərin siyahısı belədir:
Aras Bulut İynemli
Seyfullah Sağır (Sefo)
Melis Sezen
Nilperi Şahinkaya
Hande Demir
Hasan Şaş
Melis İşiten
Yeliz Yeşilçimen
Anıl Durmuş
Hazal Filiz Küçükköse
Volkan Akçıray
Zeynep Akçıray
Eda Güzelcik
Sezer Çakır
Sayat Zurnacı












