Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanılıb

1news Redaksiyası17:47 - 17 / 09 / 2026
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanılıb

Yasamal rayonu ərazisində gecə saatlarında bir nəfərə məxsus “Tufan” markalı motosiklet qaçırılıb.

1news.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən üç yeniyetmə motosikleti idarə edərkən saxlanılıblar. Saxlanılan şəxslərin Abşeron rayonu ərazisində moped oğurladıqları da məlum olub. 

Araşdırmalar davam etdirilir.

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər