Naxçıvanda ilin ilk körpələri əkiz olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda ilin ilk körpələri əkiz olub

16:22 - 01 / 01 / 2025
Naxçıvanda ilin ilk körpələri əkiz olub

Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.

1news.az-ın "Report"a istinadən məlumatına görə, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulub.

Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.

Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

Paylaş:
187

Son xəbərlər

Faktiki hava açıqlanıb

03 / 01 / 2025, 10:33
Bütün xəbərlər