Tullantı sularının Ceyranbatan gölünə tökülməsi iddiası kökündən yanlışdır – CAVAB
![Tullantı sularının Ceyranbatan gölünə tökülməsi iddiası kökündən yanlışdır – CAVAB](/images/2025/02/14/20250214102955716/thumb.jpg?2025-02-14+13%3A01%3A56)
Facebook sosial şəbəkəsində “Hamam Times” adlı səhifənin paylaşımında, kanalizasiya suyunun Bakı, Sumqayıt və Abşeronu içməli su ilə təmin edən Ceyranbatan gölünün ətrafına axıdılmasını iddia edilən məlumat yayılıb.
Bəs görəsən iddialar doğrudurmu?
Məsələ ilə bağlı 1news.az-ın soğrusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Mətbuat xidmətindən bildirilib ki, həmin suların Ceyranbatan gölünə tökülməsi iddiası kökündən yanlışdır və absurddur.
“Güzdəkdə tullantı su şəbəkəsi olmayan ərazidə məskunlaşmış sakinlərin istifadə etdiyi sular və qrunt suları ətrafa axır. Tullantı sulları açıq kanalla hərəkət edir və süni göl yaranır. Hazırda əhalinin həmin ərazidə sıx məskunlaşması tullantı sularının həcmini artırıb və göl daşıb. Hazırda kanal bağlanıb, axıntının qarşısı alınır”.