DİN: Pirşağı sakini həyətində tapılan silah-sursatı təhvil verib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Pirşağı sakini həyətində tapılan silah-sursatı təhvil verib

Qafar Ağayev12:55 - 14 / 02 / 2025
DİN: Pirşağı sakini həyətində tapılan silah-sursatı təhvil verib

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Sabunçu rayonu ərazisində keçirilən növbəti profilaktik tədbirlər nəticəsində Pirşağı qəsəbə sakini yaşadığı evin həyətində tapdığı 9 ədəd yararsız mərmini, 2 ədəd siqnal minasını, 1 ədəd rabitə qurğusunu, 7 ədəd patron darağını və 907 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib.

“Bu sahədədə tədbirlər davam etdirilir”,- deyə məlumatda bildirilir.

Paylaş:
384

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər