Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1

16:07 - Bu gün
Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdərə rayonunun Suqovuşan kəndinə 185 nəfərdən ibarət 53 ailənin növbəti köçü baş tutub.

1news.az APA-ya istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünlərə mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

Bununla da bugünədək Ağdərə rayonunun Suqovuşan kəndinə ümumilikdə 126 ailə köçürülüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır.

Qeyd edilib ki, Suqovuşan kəndinə köç bundan sonra da davam edəcək. Kəndə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.

14:31

Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülüb.

14:13

Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Paylaş:
113

Son xəbərlər

Bütün xəbərlər