Cari ilin ilk üç ayında gəmilərlə yükdaşıma göstəriciləri açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Cari ilin ilk üç ayında gəmilərlə yükdaşıma göstəriciləri açıqlanıb

Qafar Ağayev15:05 - 07 / 04 / 2025
Cari ilin ilk üç ayında gəmilərlə yükdaşıma göstəriciləri açıqlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə 2025-ci ilin ilk rübündə daşınan yükün həcmi açıqlanıb.

1news.az xəbər verir ki, cari ilin yanvar-mart ayı ərzində ASCO-ya məxsus tankerlərlə ümumilikdə 1 034 039 ton maye yük çatdırılıb.

Bu dövrdə bərə gəmiləri ilə daşınan vaqonların sayı 7 905 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 9 050 ədəd olub.

Hesabat dövründə universal quru yük gəmiləri ilə 441 322 ton yük daşınıb.

Paylaş:
157

Son xəbərlər

Bütün xəbərlər