Azərbaycan karateçiləri Bakıdakı yarışda medal sıralamasında birinci yeri tutub | 1news.az | Xəbərlər
İdman

Azərbaycan karateçiləri Bakıdakı yarışda medal sıralamasında birinci yeri tutub

17:53 - 07 / 04 / 2025
Azərbaycan karateçiləri Bakıdakı yarışda medal sıralamasında birinci yeri tutub

Azərbaycan karateçiləri Bakıda keçirilən Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutub.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, təmsilçilərimiz 177 medal (42 qızıl, 49 gümüş, 86 bürünc) əldə ediblər.

İdmançılar həm fərdi, həm də komanda şəklində uğurlu çıxış ediblər.

Qazaxıstan (11 qızıl, 4 gümüş, 8 bürünc) ikinci, Türkiyə (8 qızıl, 8 gümüş, 7 bürünc) üçüncü olub.

Qeyd edək ki, yarış Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “Azərbaycan Karate Təşkilatı”nın təşkilatçılığı ilə reallaşıb. Turnirdə 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi iştirak edib. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olunub.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər