İran Azərbaycana səfir təyin edəcək | 1news.az | Xəbərlər
Siyasət

İran Azərbaycana səfir təyin edəcək

Qafar Ağayev12:54 - 07 / 04 / 2025
İran Azərbaycana səfir təyin edəcək

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri gündəmdədir.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

Bəqai İran Prezidentin Azərbaycana səfərinin gündəmdə olduğunu açıqlayıb: “Prezidentin Azərbaycana səfəri gündəmdədir. Səfərin vaxtı və digər məqamları azərbaycanlı həmkarlarla müzakirə edilir”.

O, eyni zamanda, İranın Azərbaycana səfirinin təyinatı ilə bağlı məlumat verərək bildirib ki, hazırda bu proses davam edir: “Hazırda səfirin təyinatı gedir və ümid edirik ki, bu, tezliklə yekunlaşacaq”.

Paylaş:
268

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər