Ceyhun Bayramov BƏƏ-dən olan həmkarını Cənubi Qafqazdakı vəziyyət barədə məlumatlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov BƏƏ-dən olan həmkarını Cənubi Qafqazdakı vəziyyət barədə məlumatlandırıb

Qafar Ağayev09:54 - 08 / 04 / 2025
Ceyhun Bayramov BƏƏ-dən olan həmkarını Cənubi Qafqazdakı vəziyyət barədə məlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayid Əl Nəhyan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, iqtisadiyyat, ticarət, energetika, həmçinin regional və qlobal hadisələrə xüsusi diqqət ayırıblar.

Paylaş:
193

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər