Kəmalə Məmmədzadə: 2025-ci ilin yanvar-may aylarında isə 86 yeni dövlət standartı qəbul olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kəmalə Məmmədzadə: 2025-ci ilin yanvar-may aylarında isə 86 yeni dövlət standartı qəbul olunub

Qafar Ağayev15:02 - Bu gün
Kəmalə Məmmədzadə: 2025-ci ilin yanvar-may aylarında isə 86 yeni dövlət standartı qəbul olunub

“Azərbaycanda dövlət standartlarının qəbulu son illərdə əhəmiyyətli dərəcədə artıb”.

1news.az xəbər verir ki, bunu Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş Standartlaşdırma sahəsində maarifləndirici seminarda Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.

O, bildirib ki, 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə isə 232 yeni dövlət standartı qəbul olunub. Təkcə 2025-ci ilin ilk beş ayında 86 standart təsdiqlənib.

Onun sözlərinə görə, standartların aktuallığının və effektivliyinin yoxlanması üçün dövri qiymətləndirmə aparılır – bu ilin ilk 5 ayında 45 standart belə yoxlamadan keçib.

K.Məmmədzadə həmçinin qeyd edib ki, akkreditasiyadan keçmiş yeni sınaq laboratoriyalarının sayı artıb. Bu laboratoriyalar kənd təsərrüfatı, tikinti, telekommunikasiya, kimya və ərzaq kimi sahələri əhatə edir.

Paylaş:
105

Son xəbərlər

Bütün xəbərlər