Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

13:57 - 11 / 04 / 2025
Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

1news.az “Report”a istinadən xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər.

Artıq doğma kəndinə köçən ailələrin sayı 70-ə (238 nəfər) çatdırılıb.

11:45

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 20 ailə - 72 nəfərin köçürülməsi həyata keçirilir.

Köçürülənlərdən 11 ailə (40 nəfər) Bərdə rayonundan, 2 ailə (9 nəfər) Bakı şəhərindən, 2 ailə (8 nəfər) Goranboy rayonundan, 2 ailə (7 nəfər) Oğuz rayonundan, 1 ailə (4 nəfər) İsmayıllı rayonundan, 1 ailə (3 nəfər) Tərtər rayonundan, 1 ailə (1 nəfər) Abşeron rayonundandır.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər