Nərimanovda yeni yol çəkilişinə görə bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanovda yeni yol çəkilişinə görə bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq - FOTO

Qafar Ağayev15:34 - 18 / 04 / 2025
Nərimanovda yeni yol çəkilişinə görə bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq - FOTO

Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metro stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində 20 aprel saat 00:00-dan etibarən Nərimanov rayonu, Əliyar Əliyev (Keşlə bazarının qarşısı), İslam Abışov, Mirzə Uluqbəy və Əhməd Rəcəbli küçələrində mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur" - deyə məlumatda qeyd olunub.

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər