Ucarda kanalda meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda kanalda meyit tapılıb

16:27 - 18 / 04 / 2025
Ucarda kanalda meyit tapılıb

Ucarda kanaldan meyit tapılıb.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Rəstəcə kənd sakini, 64 yaşlı Ələkbər Saleh oğlu Əliyevin meyiti kanalda aşkarlanıb. Meyit sudan çıxarılıb.

Mərhumun yaxınlarının dediyinə görə, Ə. Əliyev ruhi xəstə olub və ötən gün axşamdan yoxa çıxıb.

Meyit bu gün çoban tərəfindən aşkar edilib.

Fakt araşdırılır.

Paylaş:
122

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər