Binəqədidə dəmiryol körpüsünün altına taxta parçası niyə yerləşdirilib? - ADY-dən açıqlama - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə dəmiryol körpüsünün altına taxta parçası niyə yerləşdirilib? - ADY-dən açıqlama - FOTO

Qafar Ağayev14:59 - 18 / 04 / 2025
Binəqədidə dəmiryol körpüsünün altına taxta parçası niyə yerləşdirilib? - ADY-dən açıqlama - FOTO

Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən dəmiryol körpüsünün altına yerləşdirilən taxta parçası görənlərin təəccübünə səbəb olub.

Belə ki, körpünün altına yerləşdirilən taxta parçası yoldan istifadə edənlərin narahatlığına gətirib çıxarır. Sakinlərdə və yoldan istifadə edənlərdə belə bir fikir yaranıb ki, körpüdə təhlükəli vəziyyət yarandığı üçün körpüyə dayaq qoyulub. Yoldan gün ərzində minlərlə avtomobilin keçməsini nəzərə alaraq bu taxta paraçasının ağır fəsadlara səbəb ola biləcəyini deyə bilərik. Belə ki, həmin taxta parçası yolda hərəkət edən avtomobillərin, insanların üzərinə düşə bilər.

Məsələnin ciddiliyini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) sorğu ünvanladıq.

Bəs görəsən, bu taxta parçası hansı məqsədlə körpünün altına yerləşdirilib? Ümumiyyətlə qeyd olunan körpüdə hansısa təhlükəli vəziyyət varmı?

Məsələ ilə bağlı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev deyib ki, zaman-zaman körpüyə reklamlar, elanlar vurulur, həmin taxta parçası reklam və ya elan lövhələrini yerləşdirənlər tərəfindən körpünün altına vurulub.

Bəxtiyar Hacıyev

"Taxta parçasının ora yerləşdirilməsi reklam lövhələrinin bərkidilməsi məqsədi ilə olub. Ola bilər ki, daha sonra onu yerindən çıxarmaq yadlarından çıxıb. Ümumiyyətlə, körpünün ağırlığını nəzərə alaraq, taxta parçasından körpüyə dayaq kimi istifadə etmək mümkün deyil".

Qurum rəsmisi deyib ki, körpünün istismar müddəti bitməyib.

Paylaş:
1181

Son xəbərlər

Bütün xəbərlər