Paytaxtda motosiklet və skuter oğurlayan 6 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda motosiklet və skuter oğurlayan 6 nəfər saxlanılıb

Qafar Ağayev14:04 - Bu gün
Paytaxtda motosiklet və skuter oğurlayan 6 nəfər saxlanılıb

Bakının Nizami rayonunda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar. Qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.

Bundan başqa, vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan daha 4 şəxs də tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər