Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatıb

2025-ci ilin yanvar-iyul ayları ərzində Bakı Limanı vasitəsilə daşınan konteynerlərin həcmi rekord səviyyəyə çataraq 60 429 TEU təşkil edib.
1news.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,2% artım deməkdir . Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında bu göstərici 39 184 TEU ekvivalentinə bərabər olmuşdu.
Qeyd olunan göstərici Bakı Limanı tarixində indiyədək qeydə alınmış ən yüksək konteyner dövriyyəsidir.
Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanında müşahidə olunan bu pozitiv dinamikanın ilin sonuna qədər davam edəcəyi və göstəricilərin daha da artacağı proqnozlaşdırılır.
67