“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir

“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir.
Fonddan 1news.az-a bildirilib ki, Musa Nüsrət oğlu Nuhiyev 2020-ci ilin sentyabr ayında Vətən müharibəsinə qatılıb və Ağdam istiqamətində gedən döyüşlərdə şücaətlə iştirak edib. O, oktyabrın 16-da döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Göstərdiyi igidlik və fədakarlığa görə Musa Nuhiyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin ailəsinə “YAŞAT” Fondu tərəfindən fəaliyyət istiqamətləri üzrə mütəmadi dəstək göstərilir.
Musa Nuhiyev haqqında məlumatlarla daha ətraflı linkdə tanış ola bilərsiniz.

53