Bakı metrosu yeni mövsümə necə hazırlaşır? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosu yeni mövsümə necə hazırlaşır? - AÇIQLAMA

Ayşən Salehli12:56 - Bu gün
Bakı metrosu yeni mövsümə necə hazırlaşır? - AÇIQLAMA

"Yay mövsümü ilə əlaqədar Bakı metropolitenində sərnişin sayı əsaslı şəkildə azalıb".

Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

"Bu səbəbdən metropolitendə yay hərəkət qrafiki tətbiq edilir. Buna baxmayaraq monitorinqlər münətəzəm olaraq aparılır, zəruri hallarda, xüsusən səhər və axşam saatlarında xəttə ehtiyat qatarların buraxılması təmin edilir. Bu proses yeni tədris ilinin başlanılmasına qədər davam edəcək".

Qeyd edilib ki, yeni tədris ilində metropolitendə qış hərəkət qrafiki tətbiq ediləcək. Bu zaman stansiyalarda qatarlar arası texniki cəhətdən mümkün ən minimal hədlərə qədər intervalllar azaldılacaq.

Cari il 30 yeni nəsil vaqonun xəttə buraxılması təmin olunacaq, bu da öz növbəsində xəttdə hərəkət edən kondisionerli qatarların sayının artırılmasına gətirib çıxaracaq.

İkinci məsələyə gəldikdə nəzərinizə çatdırırıq ki, Bakı metropolitenində istismar olunan yeni qatar tərkibləri kondisioner sistemi ilə təchiz olunub. Kondisioner sistemi hər mövsümdə avtomatik rejimdə işləyir və qatar tərkibinin sərnişin salonunda müvafiq parametrlər əsasında kondisionerlərin iş rejimi tənzimlənir.

Hərəkət zamanı kondisioner sisteminin işinə müdaxilə qeyri-mümkündür. Sistemin işində hər hansı nöqsan olarsa, qatar tərkibinə depoda baxış keçirilir, nöqsan aradan qaldırılır və daha sonra qatar tərkibi xəttə istismara verilir.

Nəzərə almağınız xahiş olunur".

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər