“Yaşıl Kartdan daha yaxşısı”: ABŞ-da Qızıl Kart dövrü rəsmən başladı | 1news.az | Xəbərlər
Dünya

“Yaşıl Kartdan daha yaxşısı”: ABŞ-da Qızıl Kart dövrü rəsmən başladı

Qafar Ağayev17:07 - Bu gün
“Yaşıl Kartdan daha yaxşısı”: ABŞ-da Qızıl Kart dövrü rəsmən başladı

ABŞ-də yeni “Qızıl Kart” proqramı üzrə müraciətlər başlayıb.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezident Donald Tramp Ağ Evdə keçirilən təqdimatda proqramı “Yaşıl Kartın daha güclü versiyası” adlandırıb.

Fevralda elan olunan proqram ABŞ-a investisiya edən şəxslərə daimi yaşayış icazəsi verir.

Müraciət üçün əvvəlcədən 15 min dollar ödənilir və müraciət rədd olunsa, bu məbləğ geri qaytarılmır. Təsdiqdən sonra isə ölkəyə azı 1 milyon dollarlıq sərmayə qoyulması tələb olunur.

Şirkətlərin əməkdaşlarına sponsorluğu zamanı məbləğ 2 milyon dollara qədər artır.

Qızıl Kart birbaşa vətəndaşlıq vermir, lakin sonrakı mərhələdə vətəndaşlıq müraciətini asanlaşdırır. Müraciətlərin təsdiqi bir neçə həftə çəkə bilər.

Proqram çərçivəsində yaxın vaxtlarda 5 milyon dollara satılacaq “Platin Kart” da istifadəyə veriləcək. Kart sahibinə ABŞ-da ildə 270 günə qədər qalmaq və ölkə xaricində qazandığı gəlirə görə vergidən azad olmaq imkanı tanıyacaq.

ABŞ Ticarət naziri Hovard Lutnik indiyədək 10 minə yaxın müraciətin daxil olduğunu bildirib.

Yeni təşəbbüs Demokratlar tərəfindən “varlılara üstünlük verən sistem” kimi tənqid olunur. Tramp administrasiyası son aylarda sərt miqrasiya siyasəti ilə seçilir və müxtəlif ölkələrdən ABŞ-a girişə məhdudiyyətlər tətbiq edib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər