AZAL istifadəçilərinə yeni üstünlük: milləri indi Bolt gedişlərinə dəyişmək mümkündür | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL istifadəçilərinə yeni üstünlük: milləri indi Bolt gedişlərinə dəyişmək mümkündür

18:12 - Bu gün
AZAL istifadəçilərinə yeni üstünlük: milləri indi Bolt gedişlərinə dəyişmək mümkündür

Azərbaycan Hava Yolları (AZAL) və Bolt Business arasında imzalanmış yeni razılaşma çərçivəsində AZAL Miles proqramının iştirakçıları topladıqları milləri Bolt gedişlərinə çevirərək endirimli yolculuq sifariş edə biləcəklər. Bu, istifadəçilərə gündəlik mobillikdə daha çox çeviklik və əlavə üstünlüklər təqdim edir.

Salman Babazadə, Bolt Business Azerbaijan-ın Baş Meneceri bildirir:

“AZAL ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq sayəsində istifadəçilərə həm biznes səyahətlərində, həm də gündəlik mobillikdə əlavə üstünlüklər təqdim edirik. Məqsədimiz Azərbaycanın mobillik ekosistemini daha rahat, çevik və əlçatan etməkdir və bu təşəbbüs həmin istiqamətdə vacib addımdır.”

Qeyd edək ki, təklif yalnız Bolt Business müştəriləri üçün deyil, Bolt tətbiqindən istifadə edən bütün sərnişinlər üçün keçərlidir.

İstifadə qaydası:

● AZAL Miles tətbiqi → Menyu → Qazanın və Xərcləyin → Milləri Xərclə → Bolt

● İstədiyiniz Kupon məbləğini seçin və “Al” düyməsinə klikləyin

● Bolt Promokodu e-poçt ünvanınıza göndəriləcək

● Bolt tətbiqində Menyu → “Aksiyalar” bölməsində promokodu daxil edin və endirimdən istifadə edin

Həm AZAL Miles, həm də Bolt xidmətləri Azərbaycan biznes icması tərəfindən geniş istifadə olunduğu üçün bu yenilik korporativ müştərilər üçün də əlavə rahatlıq, sərfəlilik və mobillik çevikliyi yaradır. Konvertasiya prosesi olduqca sadədir: istifadəçi millərini Bolt kuponuna çevirir, promokodu tətbiq edir və istənilən Bolt gedişində endirimdən yararlanır.

Bolt Business-in Azərbaycandakı biznes inkişafı üzrə baş meneceri və sözügedən layihənin rəhbəri Emin Bayramlı qeyd edib:

Millərin Bolt gedişlərinə çevrilməsi həm biznes, həm də fərdi istifadəçilər üçün real dəyər yaradan praktiki həlldir. Bu yeniliyin geniş auditoriya üçün rahat mobillik imkanları yaradacağına inanırıq.”

Bolt Business Azərbaycan haqqında qısa məlumat

Bolt Business şirkətlər və təşkilatlar üçün nəzərdə tutulmuş korporativ mobillik həllidir. Xidmət bizneslərin əməkdaşlarının gedişlərini, logistika ehtiyaclarını və digər nəqliyyat tələblərini vahid platforma üzərindən daha rahatidarə etməsinə imkan yaradır. Bolt Business hazırda Azərbaycanda geniş korporativ müştəri bazasına xidmət göstərir və ölkədə işgüzar mobilliyin optimallaşdırılmasına töhfə verir.

Reklam hüququnda

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər