Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyada hava və kabel xətlərində, Transformator Məntəqələri (TM), Komplekt Transformator Məntəqələrində (KTM) təmir-təftiş və gücləndirmə işləri aparılacaq.
1news.az “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, bununla əlaqədar olaraq avqustun 21-i saat 10:30-dan 14:30-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında yerləşən yaşayış massivlərində, eləcə də Motodrom adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.