Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

11:10 - Bu gün
Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

İlham Heydər oğluna və ailənizin bütün üzvlərinə salamımı çatdırmağınızı xahiş edirəm".

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər