Binəqədi rayonunun bəzi yerlərində işıq kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi rayonunun bəzi yerlərində işıq kəsiləcək

Qafar Ağayev09:05 - Bu gün
Binəqədi rayonunun bəzi yerlərində işıq kəsiləcək

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (Biləcəri ETSİ) daxil olan bir sıra ərazilərdə gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan 1news.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri ETSİ-nin ərazisində 26 avqust tarixində 6 kV-luq hava xəttindən qidalanan yeni güc mənbəyi quraşdırılacaq.

"Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Binəqədi Şossesi, Stroy Detal, Zəngəzur küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq", - məlumatda qeyd olunur.

Bildirilir ki, gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər