Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər

11:47 - Bu gün
Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər.

1news.az-ın APA-ya istinadən görə, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.

Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.

Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınır.

Daha sonra Heydər Əliyev məzarı ziyarət edir.

2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilib.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər