Belçikadakı kitabxanalara Azərbaycanla bağlı kitablar veriləcək - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Belçikadakı kitabxanalara Azərbaycanla bağlı kitablar veriləcək - FOTO

11:41 - Bu gün
Belçikadakı kitabxanalara Azərbaycanla bağlı kitablar veriləcək - FOTO

Fireland Azərbaycanlılar Birliyi Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə yeni layihəyə başlayıb.

Birlikdən 1news.az-a verilən məlumata görə, layihə çərçivəsində Belçikanın böyük şəhərlərində yerləşən kitabxanalara, o cümlədən universitet kitabxanalarına Azərbaycana dair ingilis və fransız dillərində kitablar təqdim ediləcək.

İlk mərhələdə Gent şəhərində yerləşən De Krook şəhər kitabxanasına müxtəlif kitablar hədiyyə olunub.

Keçən həftə Birliyimiz tərəfindən kitabxanaya Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi abidələri, musiqi alətləri, ədəbiyyatı və milli mətbəxi haqqında kitablar təqdim edilib.

Qeyd edək ki, Gent şəhər kitabxanasında dünyanın müxtəlif ölkələrinin müxtəlif dillərdə kitabları mövcuddur. Təqdim olunan kitablarla kitabxanada artıq Azərbaycan bölməsi də yaradılacaq.

Bu, Belçikada Azərbaycan tarixi abidələrini, mədəniyyət, musiqi, incəsənət və milli mətbəxini tanıtmaq üçün bir layihədir.
Layihə çərçivəsində növbəti günlərdə Brüssel, Leuven və Antwerpen şəhər kitabxanalarına da kitablar təqdim ediləcək.

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər