Sabah Salyan şəhərinin qaz təchizatında fasilə yaranacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Salyan şəhərinin qaz təchizatında fasilə yaranacaq

15:42 - Bu gün
Sabah Salyan şəhərinin qaz təchizatında fasilə yaranacaq

Sabah Salyan şəhərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, diametri 159 mm-lik "Şəhər dairəvi" orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı keçiriləcək.

Bu məqsədlə saat 09:30-dan etibarən sınaq işləri başa çatanadək Salyan şəhər mərkəzində (ümumi 3981 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər