İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri aparılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri aparılır - FOTO

12:26 - Bu gün
İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri aparılır - FOTO

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.

1news.az xəbər verir ki, İslam Səfərli küçəsində Bakı Şəhər İcra Hakimiyyəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abadlıq-quruculuq işləri aparılır.

İşlər çərçivəsində döşəmə örtüyü yenilənir, piyadayönümlülük yaradılır və həmin ərazinin müyəssərliyi təmin edilir. Eyni zamanda müvafiq qurumlar tərəfindən ərazidə mövcud yararsız kommunikasiyaların yenilənməsi işləri aparılır.

Gələcəkdə bu layihənin digər ərazilərdə də tətbiqi və ətraf ərazilərin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Sözügedən layihə həmdə şəhərin ümumi görünüşünə, estetikasına da müsbət təsir göstərir.

Həmçinin, İslam Səfərli küçəsində yeni yaşıllıq ərazilərin salınması nəzərdə tutulub.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər