Ötən həftə minalardan təmizlənən ərazi açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə minalardan təmizlənən ərazi açıqlandı

Qafar Ağayev12:47 - Bu gün
Ötən həftə minalardan təmizlənən ərazi açıqlandı

Azad olunan ərazilərdə sentyabrın 1-dən 7-nə qədər 33 tank əleyhinə mina, 165 piyada əleyhinə mina, 726 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd edilib.

Bildirilib ki, 1304,6 hektar ərazi minalardan təmizlənib.

Qeyd edilib ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər