10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşdi | 1news.az | Xəbərlər
Cəmiyyət

10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşdi

Qafar Ağayev13:01 - Bu gün
10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşdi

Azərbaycanda 10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, Gəncə-Qazax, Qurbanzadə kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir) - Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl) - Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl) - Gəncə (Avtovağzal), Ağlavaşlı kəndi (Şəmkir) - Gəncə (Dəmiryolu vağzalı), Ziyadlı kəndi (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Qaradağlı kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux) - Gəncə (Dəmiryolu vağzalı) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

"Gəncə-Qazax" marşrutları üzrə fiziki şəxslər Kərimov Nəbi Elbəyi oğlu və Əhmədov Elçin İsmit oğlu, Qurbanzadə kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Yalqışlaq kəndi (Göygöl) – Gəncə (Bağbanlar küçəsi) marşrutları üzrə hüquqi şəxs "Simurq Kompani" MMC, Qaramusalı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Hacıalı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC, Qapanlı kəndi (Şəmkir) – Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Fazil-20" MMC, Qırıqlı kəndi (Göygöl) – Gəncə (Avtovağzal) və Ağlavaşlı kəndi (Şəmkir) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs "Danyarlı" şirkəti, Ziyadlı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutu üzrə hüquqi şəxs "Nəqliyyat 1" MMC, Qaradağlı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Mələyim" MMC qalib elan olunublar.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər