Milli Məclisdə dini konfessiyaların rəhbərliyi ilə görüşlər keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisdə dini konfessiyaların rəhbərliyi ilə görüşlər keçiriləcək

Qafar Ağayev14:13 - Bu gün
Milli Məclisdə dini konfessiyaların rəhbərliyi ilə görüşlər keçiriləcək

Milli Məclisin 2025-ci il payız sessiyası dövründə İctimai birliklər və dini qurumlar komitəsində bəzi rəsmi şəxslərlə görüşlər keçiriləcək.

1news.az-ın məlumatına görə, bu məsələ komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, sessiya müddətində Qafqaz Müsəlmanları Ruhani İdarəsi, digər dini konfessiyaların, o cümlədən Azərbaycandakı Dağ Yəhudiləri İcması, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakıdakı Avropa Yəhudiləri İcması və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının rəhbərliyi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər