Həbs olunmuş şəxsin gizlətdiyi qumbaralar tapılıb - Birgə əməliyyat | 1news.az | Xəbərlər
Cəmiyyət

Həbs olunmuş şəxsin gizlətdiyi qumbaralar tapılıb - Birgə əməliyyat

Qafar Ağayev12:49 - 11 / 09 / 2025
Həbs olunmuş şəxsin gizlətdiyi qumbaralar tapılıb - Birgə əməliyyat

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Lənkəran rayonu, Yuxarı Nüvədi qəsəbəsi ərazisində istifadəsiz binanın içərisində basdırılaraq gizlədilmiş 8 ədəd "F-1" əl qumbarası və 8 ədəd partladıcı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
317

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər