Naxçıvanda Memar Əcəminin abidəsi ucaldılacaq - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Naxçıvanda Memar Əcəminin abidəsi ucaldılacaq - SƏRƏNCAM

16:47 - Bu gün
Naxçıvanda Memar Əcəminin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər