Vaqif Xaçatryan və digər 3 erməni Ermənistana təhvil verilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.
1news.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan facebook səhifəsində açıqlayıb.
O, bildirib ki, təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib. Məhkumlar, həmçinin, Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.
Onlar İrəvana aparılır.
O qeyd edib ki, həmin şəxslər Həkəri körpüsü vasitəsilə təhvil verilib.












