Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər saxlanılıblar

Qafar Ağayev09:59 - Bu gün
Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər saxlanılıblar

DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbirlər zamanı Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan əvvəllər məhkum olunmuş V.İbadov və F.Qafarov saxlanılıblar.
Baxış zamanı həmin şəxslərdən 65 ədəd müxtəlif növ balıq, ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirili

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər