“Formula 1”: Maks Ferstappen liderliyini qoruyub saxlayır – YENİLƏNİB

“Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025”in əsas yarışı davam edir.
1news.az-ın məlumatına görə, 26 dövrə arxada qaldıqdan sonra "Red Bull" komandasının pilotu Maks Ferstappen yarışa liderlik edir. Onu "Mercedes"dən Corc Rassell ikinci, "Red Bull" komandasının digər pilotu Yuki Tsunoda üçüncü pillədə izləyir.
Yarışın startında maraqlı anlar yaşanıb. "Maklaren" pilotu Oskar Piastri bolidinə nəzarəti itirərək qəza törədib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi Bakı şəhər halqasında keçirilir və əsas yarış 51 dövrədən ibarətdir.
****
15:40
“Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025”in əsas yarışı davam edir.
1news.az-ın məlumatına görə, 10 dövrə arxada qaldıqdan sonra "Red Bull" komandasının pilotu Maks Ferstappen yarışa liderlik edir. Onu "Uilyams" komandasının sürücüsü Karlos Sayns ikinci pillədə, "Reysinq Bulls" pilotu Liam Louson isə üçüncü pillədə izləyir.
Yarışın startında maraqlı anlar yaşanıb. "Maklaren" pilotu Oskar Piastri bolidinə nəzarəti itirərək qəza törədib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi Bakı şəhər halqasında keçirilir və əsas yarış 51 dövrədən ibarətdir.
****
15:00
“Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025”də final mərhələsinə start verilib.
1news.az xəbər verir ki, sıralama düzülüşünə nəzər salsaq, birinci yerdə “Red Bull Racing Honda RBPT” pilotu Maks Ferstappen göstərib, ikinci yerdə "Williams Mercedes" komandasının pilotu Karlos Sainz, üçüncü yerdə isə " Racing Bulls Honda RBPT"pilotu Liam Lavson başlayıb.