Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

17:43 - Bu gün
Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Sentyabrın 20-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, sentyabrın 20-si saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.

Şabran, Xaçmaz, Quba, Xaltan, Qusar, Biləsuvar, Göygöl, Daşkəsən, Tərtər, eyni zamanda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Tovuz və Şabranda 15 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər