Bakıda Formula 2 yarışının qalibi məlum oldu | 1news.az | Xəbərlər
FORMULA 1

Bakıda Formula 2 yarışının qalibi məlum oldu

Qafar Ağayev12:22 - Bu gün
Bakıda Formula 2 yarışının qalibi məlum oldu

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışı başa çatıb.

1news.az-ın məlumatına görə, "Dams Lukas Oil" komandasının ABŞ-dən olan pilotu Cek Krouford bütün rəqiblərini qabaqlayaraq qələbə qazanıb.

İkinci yeri "AIX Racing"dən Yoşua Dürksen, üçüncü yeri isə "Hitex TGR" komandasının üzvü Dino Beqanoviç tutub.

Qeyd edək ki, əsas yarışa saat 11:00-da start verilib. Cek Krouford sıralama turunda da ən yaxşı nəticəni göstərmişdi.

Xatırladaq ki, bu gün Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı saat 15:00-da başlayacaq.

Paylaş:
58

Son xəbərlər

Şəmistan Nəzirli vəfat edib

20 / 09 / 2025, 14:22
Bütün xəbərlər