III MDB Oyunları: Çövkən üzrə Azərbaycan millisi yarımfinalda | 1news.az | Xəbərlər
İdman

III MDB Oyunları: Çövkən üzrə Azərbaycan millisi yarımfinalda

Qafar Ağayev15:19 - Bu gün
III MDB Oyunları: Çövkən üzrə Azərbaycan millisi yarımfinalda

Bu gün Şəki Şəhər Stadionunda III MDB Oyunları çərçivəsində çövkən üzrə yarışlar davam edir.

1news.az xəbər verir ki, Azərbaycan millisi bu gün Küveyt yığmasını 5:0 hesabı ilə məğlub edib. Bununla da millimiz qrupu birinci yerdə başa vuraraq, yarımfinala yüksəldi.

Çövkən üzrə turnirdə 6 komanda iştirak edir. A qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, B qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksəlirlər.

Azərbaycan millisi yarımfinal oyununu oktyabrın 4-də keçirəcək.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər