III MDB Oyunlarında Azərbaycanın 6 boksçusu finala yüksəlib | 1news.az | Xəbərlər
İdman

III MDB Oyunlarında Azərbaycanın 6 boksçusu finala yüksəlib

17:32 - 02 / 10 / 2025
III MDB Oyunlarında Azərbaycanın 6 boksçusu finala yüksəlib

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışları davam edib.

1news.az xəbər verir ki, Azərbaycanlı boksçu Aysel Fərəcova (46 kq) özbəkistanlı Ruxşonabonu Əhədovaya qalib gələrək finala çıxıb.

50 kiloqram çəki dərəcəsində yarımfinalda mübarizə aparan digər boksçumuz Əminə Tağı belaruslu Arina Kmitadan üstün olub – 4:1.

Daha bir azərbaycanlı boksçu Cəmilə Muradlı (54 kq) qazaxıstanlı Adelaida Sadvakassovaya qalib gələrək (5:0) finala vəsiqəni təmin edib.

60 kiloqram çəki dərəcəsində isə Aynur İsmayılova tacikistanlı Furuğ Sarhaszodaya qalib gəlib. Gülər Hüseynova (48 kq) isə digər Tacikistan təmsilçisi Kumriniso İmomaliyevadan üstün olub. Hər iki boksçumuz finala çıxıb.

Digər yarımfinal görüşündə azərbaycanlı idmançı Fidan Bakarova (63 kq) rusiyalı Zlata Konovalovaya qalib gəlib.

Beləliklə, Azərbaycanın 6 boksçusu finala vəsiqə qazanıb.

Qeyd edək ki, qadın boksçular arasında final qarşılaşmaları oktyabrın 4-də keçiriləcək.

Paylaş:
131

Son xəbərlər

İstanbulda zəlzələ olub

02 / 10 / 2025, 16:11
Bütün xəbərlər