III MDB Oyunları: Azərbaycan gimnastlar qızıl və bürünc medallar qazanıb | 1news.az | Xəbərlər
İdman

III MDB Oyunları: Azərbaycan gimnastlar qızıl və bürünc medallar qazanıb

Qafar Ağayev13:25 - 03 / 10 / 2025
III MDB Oyunları: Azərbaycan gimnastlar qızıl və bürünc medallar qazanıb

III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar davam edir.

1news.az xəbər verir ki, Azərbaycan gimnastı Maqsud Mahsudov (60.19 xal) oğlanların fərdi yarışında bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb.

Belaruslu İvan Litvinoviç (57.06) gümüş, qazaxıstanlı Nikita Tumakov (47.24) isə bürünc medal qazanıb.

Qeyd edək ki, belaruslu İvan Litvinoviç ikiqat Olimpiya çempionudur.

Bundan başqa, gimnastımız Selcan Mahsudova (56.040 xal) qızların fərdi yarışında bürünc medal qazanıb.

Belaruslu Lana Lebedeva (57.710 xal) birinci, rusiyalı Anjela Bladçeva (57.660 xal) isə ikinci olub.

Paylaş:
261

Son xəbərlər

Bütün xəbərlər