Yaylaqül Ramazanova Xankəndidə keçirilən turnirdə qızı ilə birlikdə - FOTO

Azərbaycanın kamandan oxatanı Yaylaqül Ramazanova Xankəndidə keçirilən III MDB Oyunları çərçivəsində təşkil olunan oxatma yarışlarında bu dəfə hakim qismində iştirak edib.
1news.az xəbər verir ki, yarışlarda Yaylaqül Ramazanovanın balaca qızı da onunla birgə idi.
Xatırladaq ki, Yaylaqül Paris-2024 Yay Olimpiya Oyunlarında 7 aylıq hamiləykən yarışlarda çıxış etmişdi. Olimpiya Oyunlarından cəmi iki ay sonra ana olan idmançının hekayəsi bir çox insanı ilhamlandırdı.



219