Azərbaycan ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında “1-ci Qərargah danışıqları” keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında “1-ci Qərargah danışıqları” keçirilib

Qafar Ağayev13:08 - Bu gün
Azərbaycan ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında “1-ci Qərargah danışıqları” keçirilib

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında "1-ci Qərargah danışıqları" keçirilib.

1news.az xəbər verir ki, müxtəlif idarələrin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri müəyyən olunub. Tərəflər arasında 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi hazırlanıb.
Eyni zamanda, hər iki tərəfin təqdimatları əsasında ölkələrin Müdafiə nazirliklərinin strukturu və həyata keçirilən islahatlar haqqında ətraflı məlumatlar verilib.

Görüşdə birgə hərbi əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə edilib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər