Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq

8–9 oktyabr tarixlərində Drakonid meteor yağışı aktiv olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından 1news.az-a verilən məlumata görə, bu axının mənbəyi 21P/Giakobini–Zinner kometidir. 1900-cü ildə fransız astronom Mişel Giakobininin kəşf, 1913-cü ildə isə alman astronom Ernst Zinnerin yenidən müşahidə etdiyi bu komet 6,6 illik periodla Günəş ətrafında dövr edir. Kometin hər dövrəsində buraxdığı toz və qaz axını Yer orbitini kəsdiyi üçün biz onu meteor yağışı kimi müşahidə edirik.
Drakonidlər digər meteor yağışlarından fərqli olaraq çox yavaş hərəkət edir və səmada parlaq, uzunmüddətli işıq izləri buraxırlar. Adətən fəallığı zəif olur – saatda 5-ə yaxın meteor müşahidə edilir. Drakonid meteorlarının sürəti çox yavaş - təxminən 20 km/saatdır. Bu meteor tarix boyu bəzən sürpriz partlayışlarla yadda qalıb: məsələn, 1926, 1933, 1946 və 2011-ci illərdə müşahidəçilər saatda minlərlə meteor qeydə alıblar.
Bu il Drakonid meteor yağışının pik fəallığı 8-9 oktyabr axşamlarında, xüsusilə saat 19:30–23:00 arası gözlənilir.