Paytaxtda marketdə soyğunçuluq edən və avtomobillərdən qiymətli əşyalar oğurlayan şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda marketdə soyğunçuluq edən və avtomobillərdən qiymətli əşyalar oğurlayan şəxslər saxlanılıblar

Qafar Ağayev16:52 - Bu gün
Paytaxtda marketdə soyğunçuluq edən və avtomobillərdən qiymətli əşyalar oğurlayan şəxslər saxlanılıblar

Paytaxtın Nərimanov rayonunda soyğunçuluq və avtomobillərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iki nəfər rayon ərazisində yerləşən marketlərin birində kassada olan pul vəsaitini açıq talama yolu ilə ələ keçirib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Şirməmməd Məmmədov və 21 yaşlı Rəcəb Qulamov saxlanılıblar.

Araşdırmalarla Ş.Məmmədov və R.Qulamovun rayon ərazisində 3 avtomobilin şüşəsini qıraraq həmin nəqliyyat vasitələrindən qiymətli əşyalar oğurladıqları da məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər