COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

Qafar Ağayev10:23 - Bu gün
COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2026-cü il yanvarın 1-dək uzadılıb.

1news.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Qeyd edək ki, bu müddət oktyabrın 1-də başa çatıb.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər