Cəbrayılda alkoqollu içkidən milçək çıxıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda alkoqollu içkidən milçək çıxıb

13:12 - Bu gün
Cəbrayılda alkoqollu içkidən milçək çıxıb

Cəbrayılda ərzaq mağazasında saxta alkoqollu içkilər aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Agentliyin Şərqi-Zəngəzur və Qarabağ regional bölmələrinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Cəbrayıl rayonu, Şükürbəyli kəndində fəaliyyət göstərən, Sultanlı Davud Məmməd oğluna məxsus ərzaq mağazasında “Organic Light” və “Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə saxtalaşdırma əlamətləri müəyyən olunub.

Belə ki, içkilərin həcminin fərqli olduğu və tərkibində kənar qarışıqlar (həşərat) aşkarlanıb.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində məhsulun tündlük göstəricisi etiket məlumatı ilə uyğunsuzluq təşkil edib.

Saxta alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanına təqdim olunub.

Araşdırmalar davam etdirilir.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər