Moskva prospektində avtobus zolağı təşkil edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskva prospektində avtobus zolağı təşkil edildi - FOTO

Qafar Ağayev13:34 - Bu gün
Moskva prospektində avtobus zolağı təşkil edildi - FOTO

Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində xüsusi hərəkət zolağı yaradılaraq mövcud zolaqla birləşdirilib.

AYNA-dan 1news.az-a verilən məlumata görə, Buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu. Müntəzəm marşrut avtobusları metronun “20 Yanvar” stansiyası istiqamətindən “Şamaxinka” adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, Şamaxinkadan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.

Məlumat üçün bildiririk ki, sözügedən yol sahəsindən gündəlik 90.000-dən çox sərnişin daşınacaq. Xüsusi hərəkət zolağı sayəsində yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların rahat və fasiləsiz hərəkəti təmin ediləcək.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər