Abşeronda 4 evdən oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda 4 evdən oğurluq edən şəxs saxlanılıb

17:43 - Bu gün
Abşeronda 4 evdən oğurluq edən şəxs saxlanılıb

Abşeron rayonunda silsilə oğurluq hadisəsi qeydə alınıb.

Naməlum şəxs ayrı-ayrı dörd evdən elektrik naqilləri, su qızdırıcılar, 1600 manat dəyərində 4 ədəd avtomobil təkəri və digər dəyərli əşyaları talayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə 28 yaşlı A.Məmmədov qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətlərini reallaşdırdığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər